İSMAYILOV VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Nazir müavini təyin edildi

Baxış sayı:
88

Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad edilib.

Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla, o, Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan Muxtar Respublikasının Ali Məclisində çalışıb. O, müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Bəxtiyar İsmayılov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.