Naxçıvanda vəzifəli şəxs saxlanılıb - Mənimsəmədə ittiham olunur

Baxış sayı:
333

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb.

Muxalifet.az APA-ya istinadla xəbər verir ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.

Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfinfən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.