Yeni rus raketi 5 dəqiqə ərzində ABŞ-a çata bilər

Baxış sayı:
7141

Rusiya prezidenti Vladimir Putinin bəyan etdiyi yeni səsdən sürətli raket “Tsirkon”-un ABŞ-ı 5 dəqiqədə vura biləcəyi iddia edilib.
 
Vladimir Putin dünən Federal Məclisdə etdiyi çıxışında bəyan etdiyi səsdən 9 dəfə sürətli “Tsirkon” raketinin ABŞ torpaqlarındakı hərbi əmr mərkəzlərini beş dəqiqə içində məhv edə biləcəyi iddia edilib.
Təqaüddə olan admiral Vsevolov Xamirov, Rus sualtı gəmilərinin səsdən sürətli  “Tsircon”raketllərlə ABŞ torpaqlarındakı əmr mərkəzlərini beş dəqiqə içində məhv edə biləcəklərini deyib.
 Xamirov, "ABŞ-ın Orta mənzilli Nüvə Qüvvələr” sazişindən (INF) çəkildikdən sonra Amerika qitəsindəki əmr mərkəzlərindən Avropada yerləşdiriləcəkləri sistemləri nəzarət edəcək. Ancaq Rusiyanın “Tsircon” raketləri yalnız Avropada yerləşdirilən raketlərə qarşı bir əməliyyat olmayacaq, eyni zamanda əsas sistemlərin idarə edilməsi, ABŞ ərazisində komanda mərkəzlərində əməliyyatlar aparmaq qabiliyyəti də olacaq" deyib.
Həm dəniz, həm də quru hədəflərini yox etmə gücünə sahib “Tsirkon” raketinin mənzilinin isə 1000 kilometrdən çox olacağı, dənizaltı və dənizüstü gəmilərdə istifadə ediləcəyi iddia edilir.
Müxalifət.az