Yeni icra başçısı bank sədrinin qardaşıdır
6-06-2018 16:26
Baxış sayı:
5053

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinə Elxan Allahverdiyevin başçı təyin edilməsi barədə sərəncam imzalayıb.
Muxalifət.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E. Allahverdiyevin uzun müddət bank sektorunda çalışdığı bildirilir.
O, həmçinin Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.
(Fotoda Rövşən Allahverdiyevdir)