Yeni bir MÜHARİBƏ BAŞLAYACAQ – FİNANSİAL TİMES

Baxış sayı:
6172

“Financial Times” qəzeti, Suriyada İŞİD-in dağılmağa başlaması ilə birlikdə ağalığını möhkəmləndirməyə çalışan ölkələrin Suriyada vəkalət müharibələrinə başladığını və bunun çox daha təhlükəli bir dövrün başlanğıcı olduğunu iddia edib.
 
İraq və Suriyada yaradılan terror təşkilatı İŞİD-in süqutunun, ən azı yüksəlişi qədər təhlükəli ola biləcəyini ifadə edən “Financial Times” qəzeti, ABŞ-ın keçmiş prezidenti Obama və indiki prezidenti Trampı da tənqid edərək, "Suriyada yalnız İŞİD-ı yox etməyə yönəlmək, ən yaxşı halda dar dünyagörüşə malik olmaq deməkdir" qeyd edib.
Geri çəkilmək məcburiyyətində qalan İŞİD terrorçularının şəhər xaricində bir neçə bölgədə sıxışdırıldığını, amma buna baxmayaraq, Suriyada ən yüksək ölüm hallarının ötən ay baş verdiyinə diqqət çəkilən yazıda, bu ifadələr işlədilib:
“İsrail, İranın bazalarını və İranın dəstəklədiyi milisləri vurdu. Rus muzdlu əsgərləri ABŞ hava hücumlarında öldü. Türk ordusu Vaşinqton tərəfindən dəstəklənən Kürd milisləri sərhədindən uzaqlaşdırmaq üçün Suriyanın içinə girdi. Bu zaman Əsəd, müxaliflərin əlindəki Əl Gutaya bomba yağdırdı. Müharibəyə cəlb olunmuş rəqib qüvvələr öz mövqelərini möhkəmləndirmək üçün, ümumi düşmənin yoxluğunda, bir neçə fərqli cəbhədə bilvasitə olaraq fərqli qüvvələr üzərindən yumruqlaşır. Hər bir uyğunsuzluq, yanında açıq bir toqquşma təhlükəsi gətirir".
Müxalifət.az