“Yemək yeyəndə yüz vurun, faydalıdır...” - LUKAŞENKO BOLTONA ARAQ VERDİ, “RUS ARAĞINDAN DA YAXŞI”

Baxış sayı:
7900

Belarus prezidenti  Aleksandr Lukaşenko ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltona araq hədiyyə edib.
Muxalifet.az
yerli KİV-lərə istinadən xəbər verir ki, Lukaşenko Boltona hədiyyə etdiyi “Prezident” arağının "bulaq suyundan" hazırlandığını qeyd edib.
Bolton isə "Rus arağından keyfiyyətlidir?",- deyə soruşub. Lukaşenko da müsbət cavab verib.   O, ABŞ prezidentinin müşavirinə təqdim olunan arağın az miqdarda "yalnız hədiyyə üçün" istehsal edildiyini bildirib: “Adətən bu  araq yalnız dövlət başçılarına hədiyyə edilir. Yemək yeyən zaman bir stəkan için. Faydalıdır”.
Lukaşenko daha sonra Quttereşonun (BMT Baş katibi Antonio Qutteroş)  bu arağı daha çox bəyəndiyini vurğulayıb və Boltona söz verib ki, əgər arağı bəyənərsə, Belarus tərəfi yenidən ona hədiyyə edər.