Yas düşmüş evdə yanğın baş verib
24-02-2019 21:10
Baxış sayı:
1570

Qubanın Qorxmazoba kəndində yanğın olub.
Muxalifet.az-ın “Report”a istinadən məlumatına görə, Dadaşov Cəmil Şamil oğluna məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğın zamanı evin bir otağı yararsız vəziyyətə düşüb.
Yanğının elektrik qısaqapanması səbəbindən baş verdiyi bildirilir. Alov kənd sakinləri tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
C.Dadaşovun həyat yoldaşı bir neçə gün əvvəl vəfat edib.
Faktla bağlı araşdırma aparılır.