​Yaponiyada leysan yağışları: 15 ölü, 50 itkin - YENİLƏNİB

Baxış sayı:
3343

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 15 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Son məlumatlara əsasən, artıq 50-dən çox insan itkin düşmüş hesab olunur.
Təbii fəlakət bölgəsində xilasedici əməliyyatlar davam etdirilir.

***

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 6 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Məlumata əsasən, azı 38 nəfər itkin düşmüş hesab olunur.
Ölkənin  bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.