​Yanmış avtomobildə 5 cəsəd aşkarlandı

Baxış sayı:
2590

Meksikanın Miçoakan ştatında yanmış avtomobildə 5 cəsəd aşkarlanıb. Unikal.org “Excelsior” portalına istinadən xəbər verir ki, yanan avtomobil barəsində məlumatı polisə Uruapan və Los-Reyes şəhərləri arasında hərəkət edən digər sürücülər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədlərdən ikisini avtomobilin salonunda, daha üç nəfərin yanmış meyitini isə yük yerində aşkarlayıb. Meksikanın Baş Prokurorluğu cəsədlərin 80 faiz yandığını və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına ehtiyac duyulduğunu açıqlayıb. Məlumata görə, avtomobilin tapıldığı ərazinin yaxınlığında bir neçə gün əvvəl iki cinayətkar qrup arasında qarşıdurma olub. Nəticədə 10 nəfər öldürülüb, daha 3 nəfər yaralanıb.