​Xəzər dənizində zəlzələ oldu

Baxış sayı:
3871

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub.
Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, ilkin məlumatlara əsasən, təkanlar yerli vaxtla saat 10:56-da Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3.4, dərinliyi 54 km olan zəlzələ hiss olunmayıb.