Xoşbəxt o sənətkardır ki... - Xalq artisti

Baxış sayı:
15313

Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq.
Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac -a Xalq artisti Səkinə İsmayılova deyib.
Dövlətimizin başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşünün, qaldırılan məsələlərin, irəli sürülən təkliflərin çox önəmli olduğunu bildirən Xalq artisti qeyd edib ki, Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir. Hər hansı bir sahədə problemimiz olanda bu məsələ diqqətdən kənarda qalmır, daim nəzarətə götürülür və həll edilir. Bu, bizi çox sevindirməklə yanaşı, ruhlandırır və yeni yaradıcılığa sövq edir. Bizə olan diqqət və qayğıdan bəhrələnərək yaşatdığımız bu sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik.