Xırdalanda yanaraq həlak olan şəxs tanınmış ekstrasensdir - YENİLƏNİB

Baxış sayı:
10528

Xırdalanda yaşayış kompleksində yanğın zamanı baş verimiş ölümlə bağlı maraqlı təfərrüatlar üzə çıxıb. 
Yanğın baş vermiş evdən meyidi aşkarlanan şəxs Natiq Camal oğlu Şıxəliyevdir.  Qonşuların verdiyi xəbərə görə, mərhum N.Şıxəliyev tanınmış ekstrasens olub. Yanğın baş verən mənzil özünə məxsus olub. Yarımtəmirli mənzildə tək yaşayırmış. Dünən həmin mənzildə qadınla dava səsi gəlirmiş. 
Qonşular N.Şıxəliyevin öldürüldüyünü iddia edirlər. 
Hazırda hadisə yerində prokurorluq əməkdaşları araşdırma aparır. İstintaq N.Şıxəliyevin yanğın nəticəsində, yoxsa qəsdən öldürülməsini üzə çıxaracaq. /Criminal.az
 
* * *
 
Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. Belə ki, çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib. 
Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü  Natiq Camal oğlu Şıxəliyev oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.