Xaçmazda 67 yaşlı qadın kanalda batdı
10-07-2018 14:40
Baxış sayı:
5572

Xaçmazda 67 yaşlı qadın kanalda batıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliy məlumat yayıb.
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Xaçmaz rayonu, Padar kəndi, Xanarx kanalında 1951-ci il təvəllüdlü Şıxəliyeva Pəri Qubad qızının batması barədə məlumat daxil olub.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.