"Whatsapp" hansı mobil cihazları dəstəkləməyəcək? - AÇIQLAMA

Baxış sayı:
4168

Dünyanın ən məşhur mesajlaşma platforması "Whatsapp" bəzi cihazları artıq dəstəkləməyəcək.

Muxalifət.az xəbər verir ki, Metbuat.az "TRT Haber"ə istinadən verdiyi məlumata görə, "Whatsapp" bu barədə xəbərdarlıq yayıb. Şirkət istifadəçilərin proqramdan problemsiz istifadə etmələri üçün hansı əməliyyat sistemləri ilə işləmələri barədə açıqlama verib. Açıqlamaya görə, " Android 4.0 və yuxarı", "iOS 7 və yuxarı", "Windows Phone 8.1 və yuxarı" funksiyalara malik cihazlar problemsiz proqramdan istifadə edə biləcək. Dekabr ayının 31-dən etibarən "Whatsapp" "Nokia S40" cihazlarını dəstəkləməyəcək.