Vuçiç Kosovonu itirdiyini etiraf etdi

Baxış sayı:
4351

Belqrad artıq Kosovodakı vəziyyətə nəzarət etmir.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“Biz öz ictimaiyyətimizi aldatmağa son qoymalıyıq”, - Vuçiç bildirib.

Onun sözlərinə görə, Serbiya tezliklə Kosovo ilə münasibətləri necə inkişaf etdirəcəyini seçməlidir.