Votsapda gözlənilən funksiya İSTİFADƏYƏ VERİLDİ
31-05-2018 16:09
Baxış sayı:
1528

"Votsap" messencerində qrup şəklində ünsiyyət həvəskarları üçün çoxdan gözlənilən funksiya istifadəyə verilib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, artıq messencer istifadəçiləri qrup şəklində səsli və videozənglər funksiyasından yararlanmaq imkanı əldə ediblər.
Məlumata görə, iki istifadəçinin başladığı söhbətə sonradan daha iki nəfəri əlavə etmək mümkündür. Bunun üçün danışıq rejimində ekranın sağ yuxarı küncündə yerləşən xüsusi işarənin üzərinə toxunmaq kifayətdir.
Votsapda qrup şəklində videodanışıq funksiyasından ilkin olaraq “iOS”, daha sonra “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğu sahibləri yararlanmağa başlayıb.