Vilayət Eyvazova general-polkovnik rütbəsi verildi - Sərəncam
27-06-2019 19:34
Baxış sayı:
3208

Prezident İlham Əliyev V.S.Eyvazova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazova general-polkovnik ali hərbi rütbəsi verilsin".
Dövlət başçısı həmçinin Ə.N.Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında da müvafiq sərəncam imzalayıb.