Venesueladan Avropanı sarsıdan hərəkət: Ölkəni tərk et!

Baxış sayı:
8272

Venesuelanın xarici işlər naziri Xorxe Arreaza Almaniyanın Karakasdakı səfiri Daniel Krienerin ölkəsinin daxili işlərinə qarışdığı və Venesuelanı tərk etmək üçün 48 saat verdikləri səbəbiylə "arzuolunmaz şəxs" elan edilib.
 
Venesuelanın xarici işlər naziri Xorxe Arreaza bu qərarı sosial media hesabı Twitter-dən açıqlayıb.
Qərara görə, Almaniyanın Venesueladakı səfiri Daniel Krienerə “persona non qrata" tətbiq ounaraq ona ölkəni tərk etmək üçün 48 saat verilib.
Səfir Kriener-in, Venesuela müxalifətinin "ifrat qanadının təxribatları ilə uyumlu hərəkət edən bir siyasətçi kimi davrandığı və bunun qəbul edilməz olduğu qərarda bildirilib.
Qərarda, səfir Kriener-in davranışları beynəlxalq münasibətləri tənzimləyən prinsiplərə zidd və "Venesuelanın daxili işlərinə müdaxilə cəhdi" olduğu vurğulanıb.
Venesuelanın müstəqil bir ölkə olduğunu xatırladan qərar, daxili işlərə müdaxilə edilməsinə icazə verilməyəcəyini vurğulayıb.
Qərarda, Venesuela hökumətinin Avropa hökumətləri ilə dialoqa açıq olduğu da xatırladılıb.
Müxalifət.az