Vatikanın 3-cü adamı da “pedofil” çıxdı

Baxış sayı:
7381

 Dünya keşişlərin cinsi təcavüzü ilə sarsılmağa davam edir. Son olaraq Vatikanın kassası kimi tanınan kardinal Pell cinsi təcavüzdən günahkar sayılıb. Pell bu günə qədər cinsi təcavüzdən məhkum olunmuş ən yüksək səviyyəli vəzifəli şəxs olub.
 
Avstraliyanın Melburn şəhərində 1996 -2001 illəri arasında arxiyepiskop olaraq xidmət edən 77 yaşlı kardinal Pellin cinsi təcavüz ittihamı ilə mühakimə olunduğu iddiada, məhkəmənin qərarı məlum olub. Hakimlər Corc Pellin Sankt-Patriarx Kilsəsində 1996 və 1997-ci illərdə o dövrdə 13 yaşında olan iki erkək cinsli uşağa cinsi təcavüz etdiyinə qərar verib. Qərar yekdilliklə qəbul olunub.
 
Həbs olunması gözlənilir
 
 Şərti olaraq azadlıqda qalan və həbssiz mühakimə olunan Pellin sabah Melburn-da hakim qarşısına çıxması gözlənilir. Münsiflər heyətinin qərarından sonra həbs olunması gözlənilən kardinal Pellin alacağı cəza təxminən iki həftə sonra keçirilməsi nəzərdə tutulan iclasda məlum olacaq.
Avstraliya qanunlarını görə, cinsi təcavüz ittihamlarında təqsirli olanlar səkkiz ilə qədər həbs cəzasına məhkum edilə bilir.
Ancaq ittihamları rədd edən Pell məsum olduğunu iddia edir. Məhkəmədən çıxacaq qərara etiraz edəcəklərini açıqlayan kardinalın vəkilləri isə qərardan bir üst məhkəməyə şikayət edəcəklərini bildirib.
Müxalifət.az