Üzgüçülükdə dünya rekordu yeniləndi

Baxış sayı:
2245

İndoneziyada keçirilən Asiya Oyunlarında çinli üzgüçü Liu Xiang 50 metr məsafəyə arxası üstə üzmədə dünya rekorduna imza atıb.

Muxalifet.az Trend-ə istinadən məlumatına görə, o, 26,98 saniyəyə bu məsafəni qət edib.

Bundan əvvəlki rekord digər çinli idmançı Çjao Tszinə məxsus olub. O, 2009-cu ildə 50 metr məsafəni 27,06 saniyəyə dəf etmişdi.

Qeyd edək ki, Asiya Oyunları Cakartada davam edir.