Ukrayna Rusiyanı ona yönəlmiş kiberhücumlarda ittiham etdi

Baxış sayı:
16472

Ukrayna hər gün Rusiyadan gələn kiberhücumlarla qarşı-qarşıyadır. Bu barədə müdafiə nazirliyinin mətbuat xidmətindən Andrey Zaqorodnyuk bildirib.

“Əgər biz vacib infrastrukturların təhlükəsizliyinə və məlumatlara təsir edən informasiya texnologiyalarındandan danışırıqsa, deyim ki, hər gün kiberhücumlarla qarşı-qarşıyayıq”,- deyə o, Kanadada keçirilən təhlükəsizlik forumunda çıxışında deyib. Zaqorodnyuk həmçinin qeyd edib ki, Ukrayna kiberməkanda “döyüş meydanına” çevrilib. Jurnalistin kiberhücumların mənbəyi barədə sualına isə, nazir Rusiyanı göstərib.     
Muxalifet.az