Ukrayna AŞPA-dan imtina etdi

Baxış sayı:
11319

Ukrayna Avropa Şurası Parlament Assambleyasının növbəti sesiyasında iştirakdan imtina edib.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində ukraynalı deputat Boqdan Yaremko paylaşıb.

Məlumata görə, Kiyev təşkilatın öz prinsiplərini pozmasına başqa cür reaksiya verməyin mümkün olmadığını bildirib və bu səbəbdən belə bir addımı atıb.

Radadakı fraksiyaların əksəriyyəti qərarı dəstəkləyib.

Qeyd edək ki, AŞPA-nın payız sesiyası sentyabrın 30-dan oktyabrın 4-nə qədər davam edəcək.