Üç sabiq Türkiyədə partiya qurur - Gözlənilməz gediş

Baxış sayı:
4591

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu digər sabiqlər - prezident olmuş Abdulla Gül və keçmiş iqtisadiyyat naziri Əli Babacanla siyasi partiya qurmağa hazırlaşdığı yönündə sualı cavablandırıb.
Bir konfransda jurnalistlərlə üz-üzə gələn Əhməd Davudoğlunun cavabı qeyri-müəyyən və müəmmalı olub: "Bir gün mətbuat konfransı keçirsəm istənilən məsələni soruşa bilərsiz. İndi konfransdayıq, sual mövzuya uyğun deyil..."
Qeyd edək ki, hər 3 şəxs - Əhməd Davudoğlu, Abdulla Gül və Əli Babacan hakim AKP-nin mühüm fiqurlarından hesab olunur.
Milliyyətçi Hərəkat Partiyasından qopub ayrıca İyi Partiya yaradan qrupun uğursuzluğundan sonra daha bir siyasi təşkilatın meydana atılacağı ehtimalı böyükdür./Teleqraf