Üç hərbçi həlak oldu - İranda

Baxış sayı:
5641

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbi qulluqçusu həlak olub. Muxalifet.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib. Bildirilir ki, hadisə Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib. Hücum zamanı həmçinin daha 1 hərbi qulluqçu yaralanıb. Bildirilir ki, silahlılar hərbi qulluqçuların nəqliyyat vasitəsinə atəş açıblar. Cavab atəşi ilə 3 silahlı öldürülüb, daha 1 silahlı yaralanıb.