Üç deputata yeni vəzifə verilir
15-02-2019 20:16
Baxış sayı:
10156
Milli Məclisin Gənclər və idman komitəsinin tərkibinə dəyişiklik edilir.
Muxalifet.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, deputatlar Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanovun Gənclər və idman komitəsinin üzvləri seçilməsi təklif olunur.
Deputatlar Adil Əliyev və Rauf Əliyevin isə komitənin üzvlüyündən çıxarılması təklif edilir.