Türkiyənin F-35 TƏPKİSİNDƏNDƏN SONRA ABŞ-dan YENİ QƏRAR

ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Senatın, Türkiyəyə F-35 döyüş təyyarəsi satışını qadağan edən qərar layihəsini qəbul etməsinə qarşı, iki ədəd təyyarənin cümə günü Texas ştatına bağlı Fort Worth şəhərində keçiriləcək bir mərasimlə Türkiyəyə təslim ediləcəyini bildirib.
Pentaqon sözçüsü Mayk Andrews, "Lockheed Martin, 21 iyunda Fort Worthda Türkiyə üçün bir açılış mərasimi keçirəcək və təyyarələr ilk mərhələdə Arizonadakı Luke Hərbi Hava Qüvvələri Bazasına keçəcək. Türk F-35 pilotları və xidmət vəzifəliləri, Luke Hərbi Hava Qüvvələri Bazasına gəlib və yaxında uçuş təlimlərinə başlayacaqlar" deyib.
ABŞ Müdafiə Nazirliyinin, Senatın qəbul etdiyi qərar haqqında şərh verməyəcəyini də bildirən Andrews, "Türkiyə NATO-nun ən mühüm müttəfiqlərindən və 2002-dən bu yana F-35 proqramının beynəlxalq iştirakçılarından biridir" deyə, söyləyib.
Qeyd edək ki, ABŞ Senatının qəbul etdiyi qərarın qüvvəyə minməsi üçün Nümayəndələr Palatasının bu yöndə qərar qəbul etməsi və yalnız bundan sonra prezident Donald Tramp tərəfindən təsdiq olunması lazımdır.
Müxalifət.az