Türkiyənin 28 şəhərində əməliyyat keçirilir - NARKOTACİRLƏRƏ QARŞI

Baxış sayı:
8137

Türkiyənin 28 şəhərində narkotacirlərə qarşı əməliyyat keçirilir.

Əməliyyat çərçivəsində 25 kiloqramdan çox narkotik vasitənin müsadirə olunduğu, 15 ədəd odlu silahın aşkar edildiyi bildirilir.

Əməliyyat zamanı 161 nəfər saxlanılıb.

Trend xatırladır ki, daha öncə ölkənin daxili işlər naziri Süleyman Soylu narkotik vasitənin dozadan artıq qəbul edilməsindən ölənlərin sayının getdikcə artdığını qeyd etmişdi.