Türkiyəni təhdid edən ABŞ öz maraqları üçün... - General

Baxış sayı:
10411

Dünya sürətli bir dəyişikliyin içərsindədir. Bu, bizə də təsir edir. II Dünya müharibəsindən sonra yaradılan iqtisadi sistem ABŞ-ın maraqları üçün yaradılıb. Muxalifet.az xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan general-mayor Nejat Eslen bildirib. Eslen qeyd edib ki, NATO da bu sistemin bir parçasıdır: "Türkiyə NATO üzvüdür və hazırda da təhdid kimi dəyərləndirilir. NATO da bunun bir parçasıdır. Ancaq hazırkı məqamda Türkiyənin təhdidləri dəyərləndirməsi lazımdır. Türkiyənin hava müdafiə prioritetləri hansı təhlükələrə qarşıdır? Potensial təhdidlər nələrdir? Türkiyənin Rusiya, İranla arası yaxşıdır. Buna görə də bunlardan bir təhdid gözləmək lazım deyil. Türkiyəni təhdid edən ABŞ isə öz maraqları üçün müxtəlif ölkələrdə rejimi dəyişikliyi belə edir".