Türkiyəli hakimə mühüm tapşırıq verildi - DÇ-2018
9-07-2018 23:02
Baxış sayı:
6841

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də mühüm oyuna təyinat alıb.
Muxalifet.az xəbər verir ki, o, yarımfinalda keçiriləcək Xorvatiya - İngiltərə görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.
Qeyd edək ki, Xorvatiya - İngiltərə matçl iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.