Türkiyədən S-400-lə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Başqa ölkəyə...

Baxış sayı:
11296

“S-400 komplekslərinin tədarükü bitdikdən sonra istifadəsinə başlanılacaq”.
Muxalifet.az
xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Rusiyadan alınan və tədarük prosesi davam edən S-400 hava hücumundan müdafiə kompleksləri barədə danışan nazir bildirib ki, silahın istifadəsi ilə bağlı heç bir tərəddüd yoxdur: “Əlbəttə, istifadə edəcəyik. 2020-ci ilə qədər istifadəyə veriləcək. Biz bunları sandıqda saxlamaq üçün almadıq. Havadan müdafiəmizi gücləndirmək üçün aldıq.
Qeyd edək ki, ABŞ-ın sanksiya təhdidlərinə görə Türkiyənin S-400-ləri istifadə etməyəcəyi və ya başqa ölkəyə transfer edəcəyi iddia olunurdu.
Xatırladaq ki, S-400-lərin ilk tədarük prosesi iyul ayında başa çatıb. Növbəti və son tədarük mərhələsi 1 ay davam edəcək. Lakin onun vaxtı hələ açıqlanmayıb.