Türkiyədən qalmaqal tələb: AFRİNDƏN ÇƏKİLİN!

Baxış sayı:
6523

Suriyadakı vəziyyəti müzakirə edən Avropa Parlamenti (AP), Ankaranı çox qəzəbləndirəcək bir ortaq qərar layihəsini bu gün Strasburqda səsverməyə çıxaracaq. AP qərar layihəsində, Türkiyədən Afrinə qarşı davam etdirdiyi “Zeytun Budağı” əməliyyatına son verərək, əsgərlərini çəkməsi tələb edilir. Suriyadakı vəziyyət haqqında AP-dəki siyasi qruplar tərəfindən hazırlanan birgə qərar layihəsində, Türkiyənin Afrin bölgəsində apardığı “Zeytun Budağı” əməliyyatının "Suriyada münaqişəyə yeni bir ölçü əlavə etdiyi", bu ölkədəki "həssas daxili tarazlıq və həll səyləri üzərində mənfi təsir etdiyi" və "əlavə insanı qayğılar" gündəmə gətirdiyi dilə gətirilir. ANKARA AFRİN HƏRƏKATINI DAYANDIRSIN Almaniyanın “Deutsche Welle” qəzetinin xəbərinə görə, Ankaradan Afrin əməliyyatını dayandırması və "Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış qrupların yenilməsinə yönlənməsi" tələb olunur. ƏNDİŞƏVERİCİ Afrindəki gərginliyin artmasının narahatlıq verici olaraq qeyd olunduğu qərar layihəsində, Türk gücləri ilə Əsəd və ya Rus qüvvələri arasında mümkün toqquşma və ABŞ ilə artan gərginlik həyəcan verici olaraq tanınır. TÜRKİYƏ AFRİNDƏKİ ƏSGƏRLƏRİNİ ÇƏKSİN Türkiyəyə Afrindəki əsgərlərini çəkməsi və Suriya münaqişəsində konstruktiv rol oynaması tövsiyə olunur, bunun Türkiyənin milli marağına uyğun olduğu bildirilir. Suriyada "yeni cəbhələr açmaq Türkiyənin təhlükəsizlik maraqlarına uyğun gəlmədiyi" qeyd edilir. Suriya daxilində, Afrin də daxil olmaqla, atəşkəs elan edilməsinə çağırış edilir. Qərar layihəsi AP-nin 15 martda Strasburqda keçiriləcək Baş Assambleyanın sessiyaları zamanı səsverməyə təqdim olunacaq. "DƏHŞƏT SƏVİYYƏSİNƏ KEÇİR" Səsvermə öncəsi Baş Assambleyada keçirilən iclasda çıxış edən Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogerini, Afrin və Şərq Gutada "hərbi fəaliyyətlərin dramatik şəkildə yenidən intensivləşdiyini və bu artımla yeni bir dəhşət səviyyəsinə keçildiyini" deyib. ÇİRKİN İCTİMAİ RƏY YARATMAQ CƏHDİ Mogerininin, Şərq Gutada mülki vətəndaşları qətlə yetirən Əsədlə Türkiyənin Afrin hərəkatını birlikdə anması hər iki əməliyyatı mahiyyət etibarı ilə eyniləşdirmək cəhdidir ki, bu da yalnız beynəlxalq ictimai rəydə anti Türkiyə fikri formalaşdırmaq və təzyiqlərə yol açmaq məqsədi daşıyır. Müxalifət.az