TÜRKİYƏDƏN MÜDHİŞ HƏMLƏ! - ABŞ və Aİ-yə qarşı daha da GÜCLƏNƏCƏK

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin müdafiə nazirinin müavini İsmail Dəmir Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkətinin təşkil elədiyi, “Dijitallaşan dünyanın yeni əskərləri: insansız və ağıllı sistemlər” mövzulu konfransda çıxış edib.
İsmail Dəmir yeni nəsil milli insansız ağıllı sistemlərin quruda, havada və dənizdə Türkiyənin gücünü artıracağını bildirib: “İnsansız və ağılı sistemlər hərbçilərdən əvvəl daxil olacaqları yerlərdə kəşfiyyat məqsədi ilə təsvirlər çəkə, hərbçilərimizə müdafiə və atəş dəstəyi verə, hərbi yükləri döyüş bölgəsinə daşıya, əməliiyatlara böyük kömək göstərə, düşmənin diqqətini dağıtmaq üçün taktiki addımlar ata bilərlər. Yeni nəsil milli insansız ağıllı sistemlərin quruda, havada və dənizdə Türkiyənin gücünü artıracaq”.