TÜRKİYƏDƏN MAKRONA ÇOX SƏRT CAVAB - "Ölkəmizin “Avropaya qarşı” olduğunu demək..."

Baxış sayı:
4825

Türkiyənin xarici işlər nazirliyi Fransa prezidenti Makrona etirazını bildirərək bəyan edib: “Ölkəmizin Avropaya qarşı olduğunu söyləmək reallığa uyğun deyil”.

Türkiyə XİN-in bəyanatında deyilir: “Makronun ölkəmizlə bağlı açıqlamaları, dəfələrlə, bütün platformalarda izah eləməyimizə rəğmən, Türkiyənin həqiqətlərini anlamaqdan uzaq olduğunu bir daha göstərib. Avropanın siyasi, coğrafi və tarixi baxımdan ayrılmaz parçası olan və Avropa qitəsinin təhlükəsizliyi üçün həmişə üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirən ölkəmizin “Avropaya qarşı” olduğunu demək həqiqətə uyğun deyil. NATO müttəfiqi və Aİ üzvlüyünə namizəd olan Türkiyə hal-hazırda zatən Aİ-nin strateji və müstəsna ortağıdır və qaçqınlar məsələsindən tutmuş terrorla mübarizəyə qədər bir çox sahədə Aİ ilə ortaqlıq və əməkdaşlıq mexanizmlərinə malikdir”.

Açıqlamada deyilir: “Prezident hökuməti sistemi ilə daha güclü, demokratik və dünyəvi Türkiyə Avropa İttifaqına tam üzvlük yolunda irəliləməkdədir. Dünyamızın xəstəliyi halına gəlmiş polulizm və ayrı-seçkiliyə inad olaraq, hədəfimiz – daha güclü, ortaq dəyərlərə əsaslanan və Türkiyənin üzvü olduğu bir Aİ-dir. Bu çərçivədə Makronun çıxışında bir neçə dəfə “islamçı” və ya “islami terror” ifadələrindən istifadə edildiyi diqqətimizi çəkib. Terrorun dini, milliyyəti və irqinin olmadığını, bu müsibətin hər hansı bir dinlə əlaqələndirilməsini son dərəcə səhv hesab elədiyimizi bir daha ifadə eləmək istərik. Çıxışında Soyuq Müharibənin sona çatdığını xatırladan Makrona dünyada daha çox qarışıq, əvvəlcədən bilinməyən və təhlükəli sınaqlarla qarşı-qarşıya olduğu bu yeni dövrdə Avropa İttifaqında Türkiyənin var olmasının əhəmiyyətinin daha da artdığını xatırlatmaq istəyirik”(Hurriyyet.org).