Türkiyədən Avstriyaya “bozqurd” təpkisi

Baxış sayı:
8302

Türkiyənin Xarici işlər Nazirliyi Avstriyada “Simvol Qanunu”nun qüvvəyə minməsinə təpki göstərib.
 
Bununla bağlı Türkiyənin Xarici işlər Nazirliyi tərəfindən edilən açıqlamada, bu ifadələrə yer verilib:
“Avstriyada parlamentdə qəbul edilən “Simvol Qanunu" "Bozqurd" işarəsini ehtiva edəcək şəkildə 1 mart 2019 tarixi etibarilə qüvvəyə minəməsini qəbul etmir və bir daha şiddətlə pisləyirik.
Bütün cəhdlərimizə baxmayaraq Avstriya Daxili İşlər Nazirliyi anılan qanun əsasında 11 fevral 2019 tarixində dərc olunan əsasnamədə, ölkəmizdə qanuni bir siyasi partiyanın simvolu olan "Bozqurd" işarəsinin PKK kimi əli qanlı bir terror təşkilatının simvolu ilə eyni siyahıda yer alması tam bir qalmaqaldır və populizmin çatdığı bu səviyyə də düşündürücüdür.
Avstriya bu ağıl və məntiqdən kənar qərarı ilə yalnız bu simvolu istifadə edən siyasi partiya və üzvlərini deyil, bütün siyasət qurumunu və düzgün siyasət zəminini hədəf almışdır.
Avstriyanın həm ikitərəfli münasibətlərimizə ciddi təsirləri olacaq, həm də populizmi qızışdıran küçə siyasətindən vaz keçərək bu yoldan dönməsi gözlənilir. Münasibətlərimizin sağlamlığı və fanatizmin yerini ağıllı davranışın alması baxımından bu vacibdir".
Müxalifət.az