Türkiyədən ABŞ-a F-35 TƏPKİSİ

Baxış sayı:
5371

ABŞ Senatının F-35 qərarını dəyərləndirən baş nazir Yıldırım, "Yanlış qərardır. Türkiyə alternativsiz deyil. ABŞ Senatının belə bir təşəbbüsdə olması təəssüfedicidir. Bu təşəbbüslər strateji tərəfdaşlıq ruhuna ziddir" deyib.
 
Baş nazir Binalı Yıldırım, ABŞ Senatının Türkiyəyə qarşı F-35 qərarına münasibət bildirib.
Baş nazir Yıldırım, "Qərar çox uğursuzdur. Türkiyə alternativsiz deyil. ABŞ Senatının belə bir təşəbbüsdə olması təəssüfedicidir. Bu təşəbbüslər strateji tərəfdaşlıq ruhuna ziddir" deyib.
ABŞ Senatı F-35 təyyarələrini Türkiyəyə təhvilini müvəqqəti olaraq dayandırmaq istəyən qanunu qəbul edib. Ancaq bu, yekun qərar deyil.
Senatdan keçən qanun layihəsinə görə, F-35 döyüş təyyarələri ancaq Türkiyənin NATO alyansına təhlükə yaratmadığını ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiq edildiyi təqdirdə təslim ediləcək.
Müxalifət.az