​Türkiyədəki prezident seçkilərinin - Tam nəticəsi

Baxış sayı:
7321

Türkiyə Ali Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin tam nəticəsini ictimaiyyətə elan edib.
Muxalifet.az sputnik-ə əsasən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 milyon 330 min 823 səs (52,59) toplayıb.
CHP-nin namizədi Məhərrəm İncə 15 milyon 340 min 321 (30,64%), Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 4 milyon 205 min 974 (8,40%), İYİ Partiyanın namizədi Maral Akşənər 3 milyon 649 min 30 (7,29%), Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 443 min 704 (0,89%), Vətən Partiyasının namizədi Doğu Perinçək 98 min 955 səs (0,20%) alıb.
Parlament seçkilərində isə AKP 295, MHP 49, CHP 146, İYİ Partiyası 43, HDP 67 yer qazanıb.