Türkiyədə avtobus aşıb, 4 nəfər ölüb, 26 nəfər yaralanıb
20-02-2019 15:35
Baxış sayı:
8641

Türkiyədə kənd təsərrüfatı işçilərini daşıyan avtobus aşıb.
Muxalifet.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Mersin əyalətinin Silifke rayonunda baş verib.
Nəticədə 4 nəfər ölüb, 26 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.