Türkiyədə 1921-ci ilə aid qəbiristanlıq aşkarlandı

Baxış sayı:
10330

Türkiyənin Sakarya şəhərində 1921-ci ildə baş vermiş meydan müharibəsinə aid olduğu hesab edilən, 2 min məzardan ibarət qəbiristanlıq aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, məzarlar Türkiyənin Sivas Cümhuriyyət Universitetinin alimləri tərəfindən 2015-ci ildən etibarən yer radarlarının köməyi ilə aparılan axtarış nəticəsində aşkarlanıb.
Qeyd edək ki, bu, dünya hərb tarixində ən çox davam edən meydan müharibələrindən biri kimi yadda qalıb. Bu müharibə 1921-ci il avqustun 23-dən sentyabrın 13-dək, təxminən bir ay müddətində davam edib.