Türkiyə və ABŞ Suriyaya dair 90 günlük saziş imzalayıb – Baş nazir YILDIRIM

Baxış sayı:
2908

Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıblar.
 
Razılaşmanın imzalanması barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.
Baş nazir bildirib ki, razılaşmaya əsasən, 90 gün ərzində PYD və YPG dəstələri Suriyanın Manbic şəhərindən çıxarılır.
Baş nazir əlavə edib ki, əgər PYD və YPG terrorçuları Manbici tərk etməzlərsə, Türkiyə bu şəhərdə də Afrində olduğu kimi hərbi əməliyyatlara başlayacaq.