​Türkiyə üçün başlıca maneə: İsrail F-35 spekulyasiyası

Baxış sayı:
1642

İsrail regionda güc nisbəyinin dəyişməsindən qorxduğu üçün ABŞ-ın F-35- ləri Türkiyəyə satmasının qarşısını almaq istəyir.
Muxalifet.az xəbər verir ki, bu sözləri bu sözləri türkiyəli politoloq Murad Yaşıldaş deyib.
“Dəqiq məlumat yoxdur. Lakin F-35-lərin Türkiyəyə satılmasının qarşısının alınması üçün İsrailin spekulyasiya etdiyi barədə informasiyalar dolaşır. Güman edirəm ki, bu, İsrailin strategiyasıdır. Türkiyə 30-dan çox F-35 alarsa, regionda güc nisbəti dəyişəcək. İsrail üçün başlıca problem də bundadır. Türkiyənin müdafiə sənayesinə göz atsaq, son 15 ildə digər region dövlətlərinə nisbətdə yüksəlik olduğunu fərqinə vararıq. Bu mənada İsrail Türkiyənin müdafiə imkanlarıdan çox narahatdır”, - deyə ekspert bildirib.
Yaşıldaş onu da əlavə edib ki, müdafiə sənayesində İsrail ilə Türkiyə arasında gizli rəqabət var.