Türkiyə tutub, FRANSAYA TƏHVİL VERDİ

Baxış sayı:
1255

Türkiyənin 27 yaşlı Fransa vətəndaşı olan İŞİD terrorçusunu, Fransaya təslim etdiyi bildirilib.
 
Fransa mətbuatı, Türkiyənin “Amar F.” adlı 1991 Fransa doğumlu İŞİD terrorçusunu yaxalayaraq 23 mayda Fransız rəsmilərinə təslim etdiyini yazıb.
2013-ci ildə İŞİD terror təşkilatına qoşulan terrorçu, 2017-ci ilin payızında Türkiyə tərəfindən ələ keçirilmiş, silahlı terror təşkilatına üzvü olmaq cinayətindən istintaq açılmışdı.
 
TÜRKİYƏ 200-dən ÇOX İŞİD-çını FRANSAYA TƏSLİM EDİB
 
Ötən aylarda Suriya və İraqda məğlubiyyətə uğrayan İŞİD terrorçuları ölkələrinə qayıdır. Fransaya qayıdan terrorçuların necə cəzalanacağı ölkədə müzakirə edilərkən, Türkiyənin bu günə qədər 200-dən çox İŞİD üzvü olan Fransız vətəndaşı Fransaya təslim etdiyi bildirilir.
Müxalifət.az