​Türkiyə S-400 almadan öncə bilməli idi ki... - NATO

Baxış sayı:
3268

S-400 zenit raket kompleksləri NATO sistemlərinə inteqrasiya olunmur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Afinada səfərdə olan NATO baş katibinin köməkçisi Roz Qottemoller deyib.
“NATO üzvləri bilməlidirlər ki, ən yüksək nəticə yalnız NATO üzvləri ilə əməkdaşlıq sayəsində təmin edilə bilər. Bu sistemləri araşdırmaq istəyirik. S-400 NATO sistemlərinə inteqrasiya edilmir. Bu səbəbdən NATO üzvü S-400 sistemləri almadan əvvəl sözügedən məsələni araşdırmalı idi”, - NATO nümayəndəsi bildirib.
Qeyd edək ki, NATO üzvü olan Türkiyə Rusiyadan aldığı S-400 komplekslərinə malikdir.