Türkiyə ordusu şəhidlər verdi - İlk itki
29-05-2019 22:26
Baxış sayı:
6100

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi “Pəncə” antiterror əməliyyatı çərçivəsində İraqın şimalında iki hərbçi şəhid olub.
Muxalifet.az Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, nazir Hulusi Akar mayın 29-da şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib.
Nazir Hulusi Akar və ordu komandanlarının birbaşa nəzarəti altında keçirilən “Pəncə” əməliyyatı zamanı məhv edilən terrorçuların sayı 15 nəfərə çatıb.