“Türkiyə NATO-dan çıxarılmalıdır” - “Wall Street Journal”

Baxış sayı:
9097

Rus istehsalı S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə təslimatının başlamasından sonra Vaşinqtonun atacağı addımlar müzakirə olunarkən, “Wall Street Journal” (WSJ) qəzetində dərc olunan "Ərdoğan NATO yerinə Putini seçdi" başlıqlı məqalədə, prezident Ərdoğanın S-400 satın almasının eyni zamanda NATO ittifaqını test etməsi mənasını verdiyinə işarə edilib.
 
TÜRKİYƏYƏ NATO TƏHDİDİ
 
Yazıda, "Türkiyə ABŞ-ın potensial sanksiya xəbərdarlıqlarına baxmayaraq Rusiyadan S-400 havadan müdafiə sistemini təhvil almağa başladı. ABŞ və NATO-nun Türkiyənin ittifaqdakı yerini yenidən düşünmələrindən başqa bir variantı yoxdur" cümləsi diqqət çəkib.
 
İNCİRLİK “KOZIR”I
 
Məqalədə, ABŞ-ın tətbiq edəcəyi sanksiyalardan da danışılaraq Türkiyənin əlində "İncirlik Bazası" “kozır”ının olduğu ifadə edilib: "G-20 Zirvəsində ABŞ prezidentinin sakitləşdirici yanaşmasını Türklər Trampın sanksiyadan imtina edəcəyi şəklində şərh etmiş ola bilər. Əgər Tramp bir şey etməzsə, Konqres prezident Ərdoğana müttəfiqlərinə xəyanət etmənin əvəzini göstərməlidir. Bu satınalma Türkiyənin F-35 proqramından çıxarılması mənasını verməlidir. ABŞ-lı səlahiyyətlilər Türkiyənin S-400-nü istifadə etməyə kömək edəcək Rus texnik heyətin NATO-nun müdafiə sistemlərini araşdırma fürsəti əldə edəcəklərini söyləyir. S-400-lər hər bir halda NATO təyyarələrini vurmaq üçün hazırlandı".
Müxalifət.az