Türkiyə klubu REKORD QIRDI: 1 saata 22 transfer

Baxış sayı:
6193

Türkiyənin “Elazığspor” komandası dünya rekordu qırıb.
TFF 1-ci liqada mübarizə aparan komanda qış transfer pəncərəsinin bağlanmasına 1 saat qalmış 22 futbolçu ilə müqavilə imzalayıb.
Bunun ardınca transferlər rəsmi olaraq Türkiyə Futbol Federasiyasına bildirilib.
Futbolçulardan 6-ı icarəyə götürülüb, digərləri isə 1,5 illiyə transfer edilib.
Qeyd edək ki, “Elazığspor” bir müddətdir ki, maddi sıxıntılar yaşayır və idarə heyətində böyük boşluq var./Publika