Türkiyə ilə müzakirələr rəsmən təxirə salındı - AB

Baxış sayı:
9292

Avropa Birliyi ilə Türkiyə arasında müzakirələr rəsmən təxirə salınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə keçirilən səsvermənin nəticəsini Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Türkiyə üzrə məruzəçisi Kati Piri təsdiq edib.
Keçirilən səsvermədə 7 AP üzvü Türkiyə ilə danışıqların lehinə səs versə də, 47 nəfər əleyhinə çıxıb. 10 deputat isə bitərəf qalıb.