Türkiyə ilə ABŞ arasında kritik görüş! İlk açıqlama
13-06-2019 17:27
Baxış sayı:
8350

Türkiyə Prezidentinin baş müşaviri professor Gülnur Aybet ABŞ Xarici İşlər Nazirliyi Terrorla Mübarizə Koordinatoru səfir Nathan Sales ilə görüşüb.
Türkiyə Prezidentliyi ictimai əlaqələr rəhbərliyindən görüşlə bağlı edilən açıqlamada, Türkiyə ilə ABŞ-ın strateji ortaqlıq əlaqələrinin təsdiq edildiyi, iki ölkə arasındakı əlaqələr və regional gəlişmələr haqqında fikir mübadiləsində olduğu bildirilib.
Açıqlamada, "İŞİD/PKK/YPG/PYD daxil, bütün terror ünsürlərinə qarşı ortaq mübarizə qətiyyəti və Türkiyənin milli təhlükəsizlik prioritetləri açıq bir şəkildə vurğulanmışdır" ifadəsinə yer verilib.
Müxalifət.az