Türkiyə-ABŞ razılaşmasında 4 MƏRHƏLƏLİ PLAN

Baxış sayı:
2146

PKK və Suriyadakı qolu YPG-nin Münbiçdəki 9 bölgədən ən gec 40 gün ərzində 4 mərhələli plan çərçivəsində çəkilməsi planlaşdırılır. Təşkilat, ağır silahları da təhvil verəcək. Plana görə Amerikalılar, şəhərdəki 8 min PKK/YPG-linin çeşidlənməsi prosesini aparacaq.
 
Ankara və Vaşinqton arasındakı danışıqlara əsasən terror təşkilatı PKK və Suriya qolu YPG-nin Münbiçdəki 9 bölgədən ən gec 40 gün ərzində 4 mərhələli planla çəkilməsi nəzərdə tutulur. Təşkilat, ağır silahları da təhvil verəcək. Plana görə ABŞ-lılar, şəhərdəki 8 min PKK/YPG-linin çeşidləyərək, təşkilat üzvlərini Hasekə şəhərinə göndərəcək.
 
ABŞ FRANSANI İSTƏYİR, TÜRKİYƏ BUNA İSTİ BAXMIR
 
Plana görə, Münbiçin azad edilməsindən sonra 15 avqustda şəhərin hakimiyyəti mülki idarəetməyə təhvil veriləcək. Türkiyə və ABŞ isə şəhərdə müşahidəçi statusunda qalacaq. Diplomatik kulislərdə ABŞ-ın, Fransanın da Münbiçdə müşahidəçi statusunda yer almasını istədiyini, ancaq Türkiyənin buna isti baxmadığı qeyd edilir. Bu məqam, 4 iyunda Çavuşoğlu-Pompeo görüşündə aydınlaşacaq.
 
XÜSUSİ HƏRBİ QRUPLAR YPG-NİN ÇƏKİLMƏSİNİ İZLƏYƏCƏK
 
Terror təşkilatının Münbiçin ən kritik 9 bölgəsindən çıxarılması planlaşdırılarkən, bu çəkilmənin 4 mərhələli olacağı və prosesin müşahidə qrupları tərəfindən yaxından təqib ediləcəyi bildirilir. Burada ən mühüm məqam Teşrin Bəndi ilə əlaqəlidir. Ankara-Vaşinqton danışıqlarında bölgənin əhəmiyyətli enerji qaynaqlarından olan Teşrin Bəndinin nəzarətinin PKK-dan alınacağı bildirilib.
 
8 MİNƏ YAXIN PKK-lı VAR
 
Hazırda şəhər və ətrafında 8 minə yaxın PKK və YPG-linin olduğu və hamısının bilavasitə ABŞ-ın şəhər mərkəzindəki 3 hərbi əlaqə nöqtəsi ilə birbaşa çalışdığı ifadə edilir. Amerikalı qaynaqlar, ABŞ-ın PKK-nın İranla əlaqəsi olan qanadı ilə YPG arasındakı bağları qoparacaq orta və uzun müddətli bir plan üzərində çalışdığını, bu səbəblə Münbiçdəki silahlı döyüşçülərin PKK-nın ən fəal olduğu regionlara nəql edilməsi əvəzinə, Hasekə regionuna köçməsinin planlaşdırdığını qeyd edirlər. Köçürüləcək terrorçuların ilin sonuna qədər bu regionda qalması təmin olunacaq.
 
11 MÜŞAHİDƏ MƏNTƏQƏSİ YARADILACAQ
 
Münbiç şəhər mərkəzində 11 müşahidə məntəqəsinin yaradılması planlaşdırılır. Planların tam mənada həyata keçirilməsi ilə birlikdə şəhərin asayişi üçün də 11 məntəqə yaradılacaq ki, bunun da 5-də Türkiyə ordusu yer alacaq. Bu məsələ də 4 iyun görüşündə tam aydınlaşacaq.
 
SÜLEYMAN ŞAH TÜRBƏSİ YERİNƏ QAYIDIR
 
Terror təşkilatı İŞİD təhlükəsi baxımından 22 fevral 2015-ci ildə böyük bir əməliyyat ilə Süleyman Şah Türbəsi Türkiyə sərhəd xəttindəki Yuxarı Eşmə kəndinə köçürülmüşdü. Münbiçin təmizlənməsindən sonra 20 sentyabr-10 oktyabr tarixləri arasında türbənin köhnə yerinə nəql prosesi başlanılacaq.
Müxalifət.az