​Türk əsgərləri terrorçuların “hininə” girdi – BEŞMƏRTƏBƏLİ MAĞARALARDA NƏLƏR VARDI...

Baxış sayı:
8491

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pençe hərəkatı” antiterror əməliyyatı nəticəsində bölgədəki terrorçu qruplara daha bir ağır zərbə vurulub. Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsi xəbər yayıb. Xəbərdə deyilir ki, aviasiya zərbələrindən sonra hərbiçilər terrorçulara məxsus 3 mərtəbə və 5 bölmədən ibarət əllə qazılmış mağara, həmçinin 5 sığınacaq aşkarlayıblar. Aşkar edilən yerlərdə terrorçulara məxsus külli miqdarda ləvazimat, silah-sursat ələ keçirilib.