Türk əsgəri TERROR YUVASI QƏNDİLİN QAPISINA DAYANDI

Baxış sayı:
11185

TSQ Şimali İraqda 22 kilometr dərinliyə qədər irəliləyib. Türk əsgərinin, Qəndilə açılan bölgə kimi tanınan Barazgir Vadisinə də daxil olduğu bildirilir. Bradost bölgəsində nəzarəti tam təmin edib.
 
Türk Silahlı Qüvvələri (TSQ), Suriyanın şimalında terror təşkilatı PKK-nın baza bölgəsi olan Afrinə qarşı əməliyyatı uğurla son çatdırmasından sonra İraqın şimalındakı PKK düşərgələrinə yönəlik əməliyyatlarına sürət verib.
Şimali İraqda 22 kilometr dərinliyə qədər irəliləyən TSQ, terror təşkilatının Türkiyəyə keçidlərində və cəbhə xəttinin arxasında maddi-texniki bazalar adlandırdığı sərhəd xəttinin dərinliklərindəki Hakurk, Bermize, Kalereş və Sidekan bölgələrini əhatə edən və bölgənin fiziki şərtlərinin ən ağır olduğu Bradost bölgəsində nəzarəti tamamilə ələ keçirib.
Məlumata görə, Bradost bölgəsi, Şemdinli xəttindən Hakkari, Van, Ağrı, Bitlis, Ərzurum, Ərzincan və Ermənistana qədər uzanan bir keçid bazası kimi istifadə olunurdu. Regionun nəzarət altına alınması, bu xətdən terrorçu keçidlərin qarşısını kəsəcək.
Bradost bölgəsini əhatə edən, içində Hakurk, Bermize, Kalereş və Sidekan kimi geniş bir sahədə 2 aydır davam edən əməliyyatlardan sonra təşkilatın 14 yüksək səviyyəli rəhbərliyinin bölgəni tərk etdiyi qeyd olunub. Bölgədəki mənbələr, Afrin prosesində Türkiyəyə sızmağa hazırlanan 2 minə yaxın terrorçunun Türkiyəyə keçmədən Qəndilə qayıtdığını qeyd edib. Təşkilatın Bradost bölgəsində çox itki verdiyini bildirən yerli qaynaqlar, "Buralar çox çətin bir cöğrafi məkandır. Silah və sursar yığdıqları bazalar boşaldı. Xüsusilə Hakurk düşərgəsi və bazaları Türkiyəyə keçidlərdə əhəmiyyətli bir keçid bazası rolundaydı. Ancaq hazırda regionda terrorçular Qəndilə qayıtdılar, kiçik qruplar halında  Türkiyəyə sızma təşəbbüsləri də dəf edildi" deyib.
 
"QƏNDİLİN QAPISI BARAZGİR VADİSİ”
 
Bradost-Sidekan bölgəsində əməliyyatlar intensivləşdikcə, TSQ, terror təşkilatının əsas bazası Qəndilin ən kritik qapısı və keçid nöqtəsi olan Barazgir Vadisinə dayanıb. Mənbələr, Barazgir Vadisinin çox böyük əhəmiyyətə malik olduğu, çünki bu vadinin ağzının tutulduğu təqdirdə PKK terror təşkilatının şimal istiqamətli hərəkətının əngəllənəcəyi fikrindədirlər. Bradost bölgəsindəki fəaliyyətlərin tamamlanması Barazgirdə əlavə qüvvələrin cəlb olunması və Qəndil üçün hazırlıqların koordinasiya mərkəzinin məhz bu regiondan olacağ bildirilir.
 
NİYƏ BRADOST və BARAZGİR?
 
Bradost və Barazgir bölgələri, separatçı təşkilat üçün strateji əhəmiyyətə malikdir. Bradost bölgəsi Türkiyəyə keçidlərdə istifadə edilərkən, Barazgir Vadisi isə Qəndildən Sincar-Suriyanınn şimalına keçidlərdə baza kimi istifadə edilir. Bradostu nəzarət altına almaqla, "şimal keçid” xətti bağlanacaq. Qəndilə açılan qapı Barazgirdə nəzarət təmin olunduğu təqdirdə Sincar və Suriyaya keçid xətti tam bağlanacaq. Qəndil əməliyyatına ciddi təkan verməsi planlaşdırılan və bu barədə 4 görüş keçirilən İran Baş Qərargah rəhbərliyinin, Qəndilin İranla sərhəd xətti içində yer alan kəndləri qarşıdakı çərşənbə gününə qədər azad edəcəyi bildirilir. Regionda hərbi hazırlıq görən İran da əməliyyat prosesində Türkiyəyə dəstək verəcək.
Müxalifət.az